Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcışirkətlərindən biri olan “BlackRock”-un baş icraçı direktoru LarriFink və bu şirkətin tərkibinə daxil olan “Global InfrastructurePartners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoruAdebayo Oqunlesi ilə görüşüb.
Trend xəbər verir ki, söhbətzamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BlackRock”arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişafperspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsindəpotensial investisiya imkanları müzakirə olundu.
Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət NeftFondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobalinfrastruktur investisiya idarəetmə şirkəti olan “GlobalInfrastructure Partners” (GIP) arasında uzunmüddətli əməkdaşlığadair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu.Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davametdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiyaplatforması çərçivəsində Azərbaycanda potensial investisiyaimkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokolunaəsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastrukturfondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdənkeçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycandaregional bulud və süni intellekt tələbatına xidmət edən məlumatmərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarınındəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “GlobalInfrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərəalınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdətutulur. Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastrukturaktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi dəəməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu DövlətNeft Fondunun qlobal investisiya ekosistemində mövqeyininmöhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha dagenişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətliinfrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarınınformalaşdırılmasına töhfə verəcək
Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyətprotokolunun mübadiləsi mərasimi oldu.