AZ

Evin talvarı çökdü, iki avtomobil əzildiVİDEO

Qazaxda güclü qar səbəbindən evin talvarı çöküb, avtomobillər əzilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində baş verib.

Ötən gecədən başlayan güclü qar nəticəsində kənd sakini Elsəvər Kərimova məxsus evin talvarı çöküb. Nəticədə ona məxsus minik avtomobilləri talvarın altında qalaraq əzilib. 

Ailənin iddiasına görə, təbii hadisə nəticəsində onlara külli miqdarda ziyan dəyib.

Ev sahibinin sözlərinə görə, polislər və kənd icra nümayəndəliyinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Hazırda bölgədə qeyri-sabit hava davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
67
xezerxeber.az

1Mənbələr