AZ

“Qarabağ” 0 dərəcə olanda oynayacaq... – amma -13 dərəcədə qazanmışıq

“Qarabağ” sabah Çempionlar Liqasında növbəti oyuna çıxacaq. Elə-belə yox, taleyüklü oyuna. Rəqib isə Almaniyanın Frankfurt şəhərini təmsil edən “Ayntraxt”dı.

Son günlər Bakıda hava qeyri-sabitdi. Bəs sabah, oyun saatında necə olacaq?Proqnozlarda gündüz +3 dərəcə, gecə isə 0 dərəcə olacağı deyilir. Bugünlə müqayisədə daha mülayim hava olacaq. Oyun zamanı yağıntı gözlənilmir. Matç start götürəndən sonra hərarət 0 dərəcəyə enəcək, amma hiss olunan hava -8 dərəcədi.

Ümid edək ki, soyuq hava şəraiti “Qarabağ”ın oyununa təsir göstərməyəcək. -13 dərəcədə Budedə qələbə qazanan “köhlən atlar” bu soyuq havada da qəlbimizi isidəcək. İsidə bilər? İsidə bilər!

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
23
1
football-plus.az

2Mənbələr