AZ

Kiyevli bloqer işıqsız və istiliksiz qaldığı üçün evində tualetdə yaşamağa məcbur olub » AzadMedia.az


Kiyevli bloqer Andrey Martınenko elektrik enerjisinin tez-tez kəsilməsi və istilik sisteminin işləməməsi səbəbindən üçotaqlı mənzilində tualeti yaşayış sahəsinə çevirdiyini bildirib. Onun sözlərinə görə, mənzilin digər otaqlarında aşağı temperatur səbəbindən qalmaq mümkün deyil.
Bloqer qeyd edib ki, mənzilin ümumi sahəsi təxminən 105 kvadratmetr olsa da, faktiki olaraq yaşamaq üçün yararlı olan yalnız kiçik bir məkandır. Martınenko həmin sahədə müvəqqəti mətbəx qurub, xalça salıb və məişət üçün zəruri əşyaları yerləşdirib. İsinmək üçün isə qaz ocağından istifadə edir.
O, paylaşdığı videolardan birində elektrik olmadıqda Volodimir Zelenskinin rol aldığı “Xalqın xidmətçisi” serialına yenidən baxmağı planlaşdırdığını da deyib. Kiyevdə enerji böhranı fonunda şəhər meri Vitali Kliçko daha əvvəl sakinlərə imkan varsa, müvəqqəti olaraq paytaxtı tərk etməyi tövsiyə edib.
Seçilən
66
1
azadmedia.az

2Mənbələr