AZ

14 gündə Kiyevi 600 min insan tərk edib - Mer qınayır

9 yanvarda Rusiyanın kütləvi hava hücumlarından sonra paytaxtı müvəqqəti olaraq təxliyə etmək çağırışı veriləndən bəri təxminən 600 min insan Kiyevi tərk edib.

Bakıvaxtı.az "France-Presse" agentliyinə  istinadən xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko bildirib. O, "France-Presse" agentliyinə verdiyi müsahibədə qeyd edib ki, hər kəsin şəhəri tərk etmək imkanı yoxdur, amma hazırda əhali azalır :

"Şəhərin ümumi əhalisi təxminən 3,6 milyondur".

V.Kliçko onu da diqqətə çatdırıb ki, temperatur -20°C-yə yaxınlaşır və Putin bundan müqaviməti qırmaq, hər kəsi depressiyaya salmaq və cəmiyyətdə gərginlik yaratmaq üçün istifadə edir.

Aydın Baxış

Seçilən
119
1
bakivaxti.az

2Mənbələr