AZ

Salih Özcanın meneceri “Beşiktaş”ı bezdirdi

“Beşiktaş” bu transfer dönəmində hələ ki yeni futbolçular almır, yalnız Sərgən Yalçına lazım olmayan isimlərlə yollarını ayırır.

"Football-plus.az" xəbər verir ki, Yonas Svensson “Rusenborq”a, David Yurasek “Slaviya”ya, ailəvi səbəblər üzündən vətəninə yollanan Qabriel Paulista “Korintians”a, Mərt Günok “Fənərbaxça”ya transfer olunubsa, Nəcip Uysal əsas heyətdən kənarlaşdırılıb.

“Çelsi”nin qapıçısı Filip Yorgensen, “Vulverhempton”lu Emmanuel Aqbadu, “Latsio”lu Nuno Tavareş ilə danışıqlar davam etsə də, hələlik onlardan heç birinin keçidini rəsmiləşdirmək mümkün olmayıb.

Bu arada “qartal” Salih Özcanla anlaşma əldə etsə də, futbolçunun menecerinin davranışı rəhbərliyi bezdirib. “Borussiya” ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. Təcrübəli futbolçu bu klubda illik 2,5 milyon avro qazanırdı. “Ağ-qaralar” eyni şərtlərlə Salihə 3,5 illik müqavilə təklif edib. Amma Türkiyə yığmasının üzvünün meneceri “Beşiktaş”dan illik 4 milyon avro maaş tələb edir! Rəhbərlik isə qətiyyən bu şərtlərlə razılaşmaq niyyətində deyil. Bu üzdən danışıqlar artıq dayandırılmaq üzrədi.

“Beşiktaş” rəhbərliyinin fikrincə, menecer bilərəkdən bu şərtləri irəli sürərək Salihin mövsümün sonuna qədər Dortmundda qalmasını istəyir. Yayda bu futbolçu artıq sərbəst statusda olacaq. Ona görə də menecerinin klublardan imza parası tələb etmək haqqı yaranacaq. “Qalatasaray”ın da ciddi maraq göstərdiyi 28 yaşlı yarımmüdafiəçinin transferinin necə nəticələnəcəyi böyük maraq doğurur.

DÇ-2026-nı düşünərək Dortmunddan ayrılmaq və daimi oyun praktikasına malik olacağı bir kluba yollanmaq istəyən Salih bu mövsüm “Borussiya”da cəmi 4 rəsmi oyuna çıxıb.

Seçilən
65
1
football-plus.az

2Mənbələr