AZ

“Mançester Siti” ÇL tarixində ən gənc heyətlə meydana çıxdı

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda qarşı-qarşıya gələn "Bodo Qlimt" - "Mançester Siti" matçı İngiltərə klubu üçün əlamətdar hadisə ilə yadda qalıb.

QOL.az xəbər verir ki, "Opta Sport"un məliumatına görə, "şəhərlilər" bu matça turnir tarixindəki ən gənc start heyəti ilə çıxıblar. Meydana çıxan futbolçuların orta yaş həddi 24 il 84 gün təşkil edib.

Baş məşqçinin seçdiyi tarixi "11-lik" aşağıdakı kimidir:

Donnarumma (26 yaş), Lüis (21 yaş), Xusanov (21 yaş), Alleyn (20 yaş), Ait-Nuri (24 yaş), Rodri (29 yaş), Reynders (27 yaş), O'Rayli (20 yaş), Foden (25 yaş), Şerki (22 yaş), Haaland (25 yaş).

Qeyd edək ki, hazırda "Mançester Siti" 13 xalla Çempionlar Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Seçilən
150
5
teleqraf.com

6Mənbələr