AZ

14 gündə Kiyevi 600 min insan tərk edib

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

9 yanvarda Rusiyanın kütləvi hava hücumlarından sonra paytaxtı müvəqqəti olaraq təxliyə etmək çağırışı veriləndən bəri təxminən 600 min insan Kiyevi tərk edib.

Bakıvaxtı.az "France-Presse" agentliyinə  istinadən xəbər verir ki, bu barədə paytaxt meri Vitali Kliçko bildirib. O qeyd edib ki, hər kəsin şəhəri tərk etmək imkanı yoxdur, amma hazırda əhali azalır :

"Şəhərin ümumi əhalisi təxminən 3,6 milyondur".

V.Kliçko onu da diqqətə çatdırıb ki, temperatur -20°C-yə yaxınlaşır və Putin bundan müqaviməti qırmaq, hər kəsi depressiyaya salmaq və cəmiyyətdə gərginlik yaratmaq üçün istifadə edir.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
132
1
bakivaxti.az

2Mənbələr