AZ

Aleks de Souza ilə yollar ayrıldı

Braziliyanın B Seriyasında çıxış edən “Operario Ferroviario” klubunda baş məşqçi Aleks de Souza ilə yollar ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri Xuan Kavalkanti və Ze Roberto da vəzifələrindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Aleks de Souza 2004–2012-ci illərdə “Fənərbağça”nın formasını geyinib, İstanbul klubunda 245 oyunda 136 qol vurub.

Seçilən
12
idmanxeber.az

1Mənbələr