AZ

"Trampa yaltaqlanmağın vaxtı bitib" - Rasmussen

Donald Trampa yaltaqlanmağın vaxtı bitib və ABŞ Qrenlandiyaya qoşun göndərən NATO müttəfiqlərinə tariflər tətbiq edərsə, Avropa ciddi iqtisadi zərbə ilə üzləşəcək.

"Ölkə.az" "Reuters"ə istinadla xəbər verir ki, bunu NATO-nun keçmiş rəhbəri və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen bildirib.

Onun sözlərinə görə, Trampın Danimarkanın ərazisi olan Qrenlandiyanın ABŞ-ın bir hissəsi olmasında israr etməsi 1949-cu ildə NATO-nun yaradılmasından bəri ən böyük problemdir.

"NATO-nun gələcəyi həqiqətən təhlükə altındadır.Yaltaqlıq vaxtı bitdi. Bu işə yaramır. Əslində, Tramp yalnız gücə və birliyə hörmət edir. "Avropanın hazırda nümayiş etdirməli olduğu şey budur", Rasmussen bildirib.

Rasmussen Trampı tərifləyən hazırkı NATO rəhbəri Mark Rutte kimi liderləri qınamdığını bildirib. Lakin o,  yeni bir yanaşmanın vaxtı çatdığını bildirib.

Elvin

Ölkə.az

Seçilən
57
1
olke.az

2Mənbələr