AZ

20 Yanvar hadisələrini çəkən fotojurnalist RASİM SADIQOVUN XATİRƏLƏRİ | FOTO

20 Yanvar hadisələrinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri də tanınmış fotojurnalist Rasim Sadıqovdur. O, həmin faciəli günlərdə həyatını ciddi təhlükə altına ataraq hadisələri birbaşa lentə alıb və bu tarixi faktların qorunub saxlanılmasına nail olub. 

Hazırda onun arxivində saxlanılan çoxsaylı foto və video sübutlar bu hadisələrin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və faciənin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması üçün əvəzsiz mənbədir.

Rasim Sadıqov bu barədə EDnews-a bildirib ki, hadisələri lentə alarkən ciddi çətinliklərlə üzləşib:

"Əlinizdə fotokamera ilə cinayətkarı çəkməyə gedirsiniz, onu ifşa edirsiniz və onunla üzbəüz qalırsınız. Bu, son dərəcə çətin idi. Lakin bacardığımız qədər, yaxşı mənada jurnalist hiylələrindən istifadə edərək çəkilişlərimizi həyata keçirdik. Tarixi sənədləri və fotoları üzə çıxardıq. Bütün bunlar gələcək nəsillərimiz üçün bir mirasdır. Belə bir məqamda mənə mane olmağa çalışanlar da oldu. Hətta yanvarın 26-da mənim həbsimi təşkil edənlər tapılıb:

“İlk anda səbəbini bilmirdim. Sonradan öyrəndim ki, rus komendantlığına zəng edərək mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar veriblər. Tarixi araşdırsaq görərik ki, birinci və ikinci günlərdə vəziyyət fərqli idi, lakin dəfndən sonra durum tamamilə dəyişdi. Həmin gün çəkdiyim bütün fotolar bu gün də yadımdadır - harada və necə çəkdiyimlə birlikdə. O fotoların hamısı məndədir və onları heç kəsə etibar edə bilmərəm. O zaman çəkdiyim fotolardan yalnız "Meydan" fotosu belə, Azərbaycan xalqının mübarizəsi uğrunda atdığı addımları nümayiş etdirməyə kifayət edir”.

Aytac Kərimova 




Seçilən
163
azia.az

1Mənbələr