AZ

Sumqayıtda qazdan zəhərlənmə – bir gündə 4 hadisə

Sumqayıt şəhərində dəm qazından daha bir zəhərlənmə faktı qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib. Belə ki, 2012-ci il təvəllüdlü Məmmədzadə Vidadi Namid oğlu hamam otağında dəm qazından zəhərlənib.

Zərərçəkən dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***23:42

Sumqayıtda daha bir dəm qazından zəhərlənmə hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Kotec qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Məlumata görə, 1969-cu il təvəllüdlü Namazova Vəfa Aşot qızı hamam otağında dəm qazından zəhərlənib.

O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hazırda zərərçəkənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
36
2
nocomment.az

3Mənbələr