AZ

Məktəbdə paxıllıq QANLA BİTDİ: Məktəbli əlaçı şagirdin başına stul ÇIRPDI – VİDEO

Çin məktəbində məktəbli paxıllıq zəminində əlaçı şagirdi stulla vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Çin məktəblərinin birində şagirdlər arasında xoşagəlməz hadisə yaşanıb.

Bipolyar pozuntudan əziyyət çəkən xuliqan şagird həsəd apardığı üçün sinfin əlaçısına hücum çəkib. O, əlaçı şagirdin başına stulla güclü zərbə endirib.

Zərbə nəticəsində ağır xəsarət alan gənc baş travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məktəb rəhbərliyi hadisəni törədən şagird barəsində ciddi tədbir görüb.

Qeyri-adekvat davranış sərgiləyən yeniyetmənin təhsil müəssisəsinə gəlməsi qadağan edilib. Hazırda onun təhsilini ev şəraitində davam etdirdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
interpress.az

1Mənbələr