Yakutiyada bir yeniyetmə sərgidə tankın detalının altında qalaraq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Yakutiya bölgəsində bədbəxt hadisə baş verib. Hərbi texnikanın nümayiş olunduğu açıq sərgidə 16 yaşlı məktəbli faciəvi şəkildə həyatını itirib.
Məlumata görə, yeniyetmə maraq xatirinə tankın alt hissəsindəki lükdən içəri daxil olub. Bu zaman tankın ağır hərəkətli metal detalı onun üzərinə düşərək əzib.
Ağır kəllə-beyin travması alan məktəbli təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az