AZ

“Sportinq” evdə PSJ-yə qalib gəldi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turu çərçivəsində Portuqaliyanın “Sportinq” klubu ilə Fransanın PSJ komandası qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Lissabonda yerləşən “Joze Alvalade” stadionunda keçirilən oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Görüşün 30-cu dəqiqəsində PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri hesabı açsa da, VAR yoxlamasından sonra qol ləğv edilib. Matçda hesab 74-cü dəqiqədə açılıb. “Sportinq”in hücumçusu Luis Suares fərqlənərək komandasını önə çıxarıb. Beş dəqiqə sonra, 79-cu dəqiqədə PSJ-nin forvardı Xviça Kvaratsxeliya tarazlığı bərpa edib. Qarşılaşmanın əsas vaxtına əlavə olunan son dəqiqədə Luis Suares dubla imza ataraq “Sportinq”i yenidən hesabda irəli çıxarıb və oyunda yekun hesabı müəyyənləşdirib — 2:1.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün final oyunu Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək. Turnirin həlledici qarşılaşması 30 may 2026-cı il tarixinə planlaşdırılıb. Hazırkı Çempionlar Liqasının qalibi PSJ-dir.

Seçilən
67
90deqiqe.az

1Mənbələr