AZ

ABŞ Karib dənizində Sagitta tankerini ələ keçirib

BAKI, 21 yanvar. TELEQRAF

ABŞ-nin Cənub Komandanlığı Karib dənizində Amerika hərbçiləri tərəfindən "Sagitta" adlı neft tankerinin ələ keçirildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, ABŞ Cənub Komandanlığınin "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir ki, sözügedən tanker ABŞ Prezidenti Donald Tramp tərəfindən sanksiya altında olan gəmilərə qarşı Karib hövzəsində tətbiq edilmiş blokadanı pozaraq fəaliyyət göstərib.

Komandanlığın açıqlamasında qeyd olunub ki, daha bir tankerinin saxlanılması ABŞ-nin Venesueladan çıxarılan neftin yalnız qanuni əsaslarla və müvafiq koordinasiya çərçivəsində daşınmasına nail olmaqda qətiyyətini nümayiş etdirir.

Seçilən
27
teleqraf.com

1Mənbələr