Davosda Avropa liderləri Trampı tənqid ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Davosda keçirilən forumda Avropa liderləri çıxışlarında ABŞ Prezidenti Donald Trampı Qrenlandiya ilə bağlı iddialarına və yeni rüsumlar tətbiq etmək hədələrinə görə kəskin tənqid ediblər.
Belçikanın Baş naziri Bart de Vever məsələyə sərt reaksiya verərək deyib:
“Heç kim, ABŞ-nin heç bir qonşusu ABŞ-yə qoşulmaq istədiyini demir. Heç kim istəmir. Onlar Aİ-yə qoşulmaq istəyirlər”.
Avropa Komissiyasının rəhbəri Kaya Kallas ərazi bütövlüyü məsələsinə toxunub:
“Heç bir ölkənin başqa bir ölkənin ərazisini zəbt etmək hüququ yoxdur. Nə Ukraynada, nə Qrenlandiyada, nə də dünyanın başqa bir yerində”.
Fransa Prezidenti Emmanuel Makron isə ABŞ-nin siyasətini “imperiya ambisiyaları” adlandırıb:
“ABŞ ilə rəqabət Avropanı tabe etməyə yönəlib, bu qəbuledilməzdir. Bu, beynəlxalq hüququn tapdalandığı və yeganə əhəmiyyətli qanunun ‘güclü olanın qanunu’ olduğu, imperiya ambisiyalarının yenidən baş qaldırdığı qaydasız bir dünyaya doğru sürüşmədir”.
Bundan əlavə, Ukrayna Prezidenti Volodimir Zelenski də Qrenlandiya məsələsinə münasibət bildirib. O, Trampın mövqeyini dəstəkləmədiyini bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az