AZ

Prezident İlham Əliyev: Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

Davos. Trend:

Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bugün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərinaxtarışındadırlar.

Trend xəbər verir ki, bunuAzərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadiForumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi iləsəhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznesnümayəndələrinin suallarının cavabında deyib.

“Bu nöqteyi-nəzərdən multikulturalizm, mədəni və etnikmüxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbətruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvidinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də buruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini,tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinininvestisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsindəinvestisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqatqiymətə sata bilərsiniz”, - deyə Azərbaycan Prezidentivurğulayıb.

Seçilən
33
18
az.trend.az

10Mənbələr