AZ

Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək

Bakı, 21 yanvar, AZƏRTAC

Bu il Şahdağda Dünya Çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu, artıq təqvimə salınıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Hər il Azərbaycanda ya Dünya, ya da Avropa çempionatının keçiriləcəciyi qeyd edən dövlətimizin başçısı bildirib: “Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu”.

Seçilən
96
15
azertag.az

10Mənbələr