AZ

Vüsal İsgəndərli oynadı, “Partizani” qonaqlara qalib gəldi

Albaniyada Superliqanın 20-ci turunun oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İskəndərlinin çıxış etdiyi “Partizani” evdə “Teuta” ilə qarşılaşıb.

Oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İskəndərli start heyətdə meydana çıxıb və komandası 1:0 öndə ikən, 78-ci dəqiqədə əvəzlənib.

Hazırda “Partizani” 26 xalla 5-ci pillədə qərarlaşıb.

Seçilən
96
sportinfo.az

1Mənbələr