AZ

Tramp: ABŞ olmadan NATO zəif olar

BAKI, 21 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Şimali Atlantika Alyansından çıxması NATO-nu xeyli zəiflədər.

Teleqraf xəbər verir ki, o, bu fikirləri Ağ Evdə keçirdiyi mətbuat konfransında səsləndirib.

Amerika lideri ABŞ-nin alyansdakı üzvlüyünün saxlanılmasına sadiq olub-olmaması ilə bağlı suala birbaşa cavab verməyib. Bununla belə, Tramp NATO ilə münasibətlərin yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, özü prezident olduğu dövrdə alyansı daha yaxşı və daha güclü edib.

“NATO indi xeyli güclüdür. Mən onların bir çox addımları ilə razı deyiləm, amma bunlar mən gəlməzdən əvvəl baş verib”, - deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, onun fikrincə, NATO hazırda normal vəziyyətdədir, lakin alyansın əhəmiyyəti bəzən şişirdilir.

“İstəsəniz də, istəməsəniz də, NATO bizim qədər güclüdür. Əgər ABŞ NATO-da olmasa, alyans o qədər də güclü olmaz”, - deyə Tramp əlavə edib.

Seçilən
56
teleqraf.com

1Mənbələr