AZ

KİV: Alimlərin kəşfi Trampı Qrenlandiyanı ələ keçirmək fikrindən daşındıra bilər

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Alimlər ABŞ Prezidenti Donald Trampın administrasiyasını Arktika ilə bağlı planlarını yenidən nəzərdən keçirməyə məcbur edə biləcək kəşf ediblər.

Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir.

Kaliforniya Universitetinin alimlərindən ibarət komandanın apardığı tədqiqat Qrenlandiyanın buz örtüyünün altında gizli geoloji zəiflik aşkar edib - yumşaq torpaq və qumdan ibarət çöküntü süxurlar təbəqəsi. Bu qat buzlaqların əriməsini sürətləndirə və təbii ehtiyatların hasilatını çətinləşdirə bilər.

Bildirilir ki, Qrenlandiyanın buz örtüyünün altında bir çox ərazilərdə dərinliyi 200 metrə çatan çöküntü süxurlarından ibarət qat geniş yayılıb.

Qeyd olunur ki, Tramp administrasiyası Qrenlandiyaya yalnız Arktikadakı strateji mövqeyinə görə deyil, həm də neft, qızıl və nadir torpaq metalları kimi zəngin təbii ehtiyatlarına görə maraq göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr