AZ

Diabetin beş erkən əlaməti

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəkərli diabet hazırda dünyada ən çox yayılmış xroniki xəstəliklərdən biri olaraq qalır. Lakin bu xəstəlik erkən mərhələlərdə əsasən simptomsuz inkişaf edir.

Oxu.Az-ın xəbərinə görə, alimlərin bu barədə fikirləri "Medical Xpress" jurnalında dərc edilmiş materialda əksini tapıb.

Bu xəstəlik hər hansı simptom olmadan davam edə biləcəyi üçün ABŞ Diabet Assosiasiyası insanların 35 yaşından etibarən diabet üçün müayinədən keçmələrini tövsiyə edir. Bu, xüsusilə ailədə diabet tarixi, diabetə meyilllilik və ya piylənmə kimi risk faktorları olan insanlar üçün aktualdır.

Alimlərin fikrincə, diabetin aşkarlanması üçün ən etibarlı yol qan analizləri olaraq qalır. Həmçinin xəstəliyin mövcudluğunu göstərə biləcək bir neçə simptom da var ki, bu, əsasən tez-tez sidiyə getmə istəyidir.

Daha bir geniş yayılmış əlamət daimi susuzluqdur. Qanda şəkər səviyyəsinin yüksək olması maye ifrazını artırır və bu da tez-tez susuzluğa və ağızda quruluğa gətirib çıxarır.

Xəstələr tez-tez qəfil və izah olunmayan çəki itkisindən şikayətlənirlər.

Diabetin mümkün əlamətlərinə dəridə baş verən dəyişikliklər də daxildir. Söhbət boyun və ya qoltuqaltı nahiyədə dərinin qaralması və qalınlaşmasından gedir.

Həmçinin qanda şəkərin uzun müddət yüksək səviyyədə olması yaraların sağalmasını ləngidir. Bu isə artıq xəstəliyin daha inkişaf etmiş formaları üçün xarakterikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
oxu.az

1Mənbələr