AZ

ABŞ NATO-nun məsləhət qruplarında iştirak səviyyəsini azaltmağı planlaşdırır

Bakı. Trend:

Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakınıazaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə “The Washington Post” qəzeti mənbələrə istinadla məlumatyayıb.

Məlumata görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbiqulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu,o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlimkeçən Mükəmməllik mərkəzlərində iştirakının azaldılmasını nəzərdətutur.

Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkməkniyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatanhərbçilərin əvəz olunmaması planlaşdırılır.

Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətindəiştirakı tamamilə dayandırılmayacaq.

İki ABŞ rəsmisinin sözlərinə görə, bu dəyişikliklər bir neçəaydır müzakirə olunur. Qəzetin mənbələrindən biri isə bu qərarlarınABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi iləəlaqəli olmadığını qeyd edib.

Seçilən
158
8
az.trend.az

9Mənbələr