ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcəyini açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, o, bu barədə "Truth Social"da sosial şəbəkəsində paylaşım edib.
Tramp paylaşımında "NewsNation" telekanalında jurnalist Keti Pavliçə yerli vaxtla saat 22:00-da müsahibə verəcəyini qeyd edib. O, həmçinin Amerikanın Dünya İqtisadi Forumunda yaxşı təmsil olunacağını vurğulayıb və ölkəni şəxsən təmsil edəcəyini əlavə edib.
"Davosa gedirəm! Saat 22:00-da "NewsNation"da Keti Pavliçlə müsahibə. Xoş seyirlər! Amerika Davosda mənim tərəfimdən yaxşı təmsil olunacaq. Allah hamınızı qorusun!", - paylaşımda bildirib.