“Napoli” klubunun futbolçusu Romelu Lukaku karyerasını Türkiyə Super liqasında davam etdirə bilər. Metbuat.az xəbər ki, “Fənərbaxça” bud zədəsi səbəbindən bu mövsüm oynamayan futbolçunun xidmətində maraqlıdır. İddialara görə, “Beşiktaş” klubu da ulduz hücumçu haqqında ətraflı məlumat istəyib. Bildirilir ki, “Beşiktaş” Temmi Abrahamın klubdan ayrıla biləcəyini nəzərə alaraq, yeni hücumçu transfer edə bilər. Lakin Romelu Lukakunun oyun praktikasının olmaması texniki heyətin narahatlığına səbəb olub. “Beşiktaş” futbolçu barədə hesabatı nəzərdən keçirəndən sonra onun transferi barəsində qərar vermək istəyir.