Bakı.Trend:
Binə sakini dəm qazından zəhərlənərək ölüb.
Trend-inməlumatına görə, hadisə ötən gün saat 20 radələrində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Bədəl Əzimov Hüseynağa oğluyaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki fərdiyaşayış evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Bakı şəhəri Xəzər rayon prokurorluğunda araşdırmaaparılır.