Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. "Ukrayna" dairəsi, “Əhmədli” metro stansiyası istiqamətində; 5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 9. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.