“Football-plus.az” dünən bugünkü “Qarabağ” – “Ayntraxt” oyununda meydana çıxmamaq ehtimalı olan futbolçuların siyahısını açıqlamışdı. Ən müxtəlif qaynaqlar 6 futbolçunun üzərində dayanırdı. Bunlar Elyas Baum, Conatan Burkardt, Timoti Çendler, Mario Götse, Rasmus Kristensen və Huqo Larsson idi. Frankfurt təmsilçisi dünən gecə 200 nəfərlik nümayəndə heyəti ilə Bakıya təşrif buyurub. Baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Dennis Şmitt 23 futbolçu gətirib. Və gələnlərin siyahısında Götse, Kristensen, Larsson, eləcə də rəqibin türkiyəli ulduzu Can Uzun da var. Beləliklə, “Ayntraxt”ın yeganə itkisi Burkardtdı. Yəni kütləvi itkilərlə bağlı söz-söhbət yalandı. Buna ümid etməyə dəyməz, “Qarabağ” yalnız öz gücünə arxalanmalıdı.
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta