AZ

UEFA Çempionlar Liqası: Bu gün “Qarabağ” “Ayntraxt”la qarşılaşacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Görüşün baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Qeyd edək ki, “Qarabağ” hazırda yeddi xalla 25-ci pillədə qərarlaşıb. “Ayntraxt” isə dörd xalla 33-cü sıradadır.

İdman.Biz
Məqalədə:
Seçilən
28
2
idman.biz

5Mənbələr