AZ

CNN: Trampı Davosa aparmalı olan təyyarə texniki nasazlıq aşkarlanıb

ABŞ prezidenti Donald Trampı Davosa aparmalı olan təyyarə havaya qalxdıqdan qısa müddət sonra Endryus Hərbi Hava Qüvvələri Bazasına geri qayıdıb. Bu barədə CNN məlumat yayıb.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, uçuş heyəti təyyarədə “kiçik elektrik problemi” aşkar edib və təhlükəsizlik məqsədilə geri dönmək qərarı verilib.

Mənbənin məlumatına görə, texniki nasazlıq aradan qaldırıldıqdan sonra Tramp və onu müşayiət edən şəxslərin İsveçrəyə iki ayrı, daha kiçik təyyarə ilə yola düşməsi planlaşdırılır.

Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı nəzərdə tutulur. Hadisə ABŞ prezidentinin Avropa liderləri ilə ticarət və tariflərlə bağlı gərgin ritorikası fonunda baş verib.

Gülnar Nazimqızı 

Seçilən
2
anews.az

1Mənbələr