Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun yaydığı məlumata görə, ölkə ərazisində müşahidə olunan qarlı və buzlu hava şəraiti nəticəsində son sutka ərzində instituta 15 nəfər müraciət edib.
Müraciət edən şəxslərin əksəriyyətində yıxılma və sürüşmə nəticəsində müxtəlif dərəcəli travmalar qeydə alınıb. Xəsarət alanlarda əsasən ətraf sümüklərinin sınıqları, bilək və said nahiyəsində deformasiyalar, eləcə də kəskin ağrı və şişkinlik halları müşahidə olunub.
Həkim müayinəsindən sonra hər bir pasiyentə müvafiq tibbi yardım göstərilib, zəruri diaqnostik və ilkin müalicə tədbirləri həyata keçirilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
İnstitut tərəfindən vətəndaşlara xəbərdarlıq edilərək, qarlı və buzlu hava şəraitində ehtiyatlı davranmaları, xüsusilə piyada hərəkəti zamanı diqqətli olmaları tövsiyə olunur.