Ölkə üzrə hökm sürən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişin daşımalarını həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejiminə keçib. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yol şəraiti və avtobusların hərəkəti operativ nəzarətdə saxlanılır.
Hazırda bütün marşrutlar üzrə sərnişin axını nəzərə alınmaqla daşımalar fasiləsiz şəkildə təmin olunur, xətlərə gündəlik qrafikə uyğun sayda avtobus buraxılıb. Bəzi istiqamətlərdə yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələri daha aşağı sürətlə hərəkət edir ki, bu da avtobuslararası intervalın artmasına gətirib çıxara bilər.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın təhlükəsiz və rahat fəaliyyətinin təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.