AZ

Tramp başqa təyyarə ilə Davosa uçdu

ABŞ prezidenti Donald Trampı daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasına eniş etdikdən sonra Sürixə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Amerika lideri daha kiçik bir təyyarə ilə uçub. Endryus Hərbi Hava Qüvvələri Bazasına qayıtmaq qərarı təyyarədəki elektrik avadanlıqlarında problemlər aşkar edildikdən sonra verilib.

Tramp Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

Seçilən
16
ucnoqta.az

1Mənbələr