ABŞ Prezidenti Donald Tramp Qəzza sektoru üzrə irəli sürdüyü “Sülh Şurası”nın gələcəkdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəzləyə biləcəyini istisna etməyib.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Fox News" telekanalı yayıb.
“Mümkündür”, - deyə Amerika lideri yeni qurumun BMT-yə alternativ olub-olmayacağı ilə bağlı suala qısa cavab verib.
Eyni zamanda Tramp vurğulayıb ki, onun fikrincə, BMT gözlədiyindən daha az effektiv fəaliyyət göstərib.
“Mən bu təşkilatın böyük tərəfdarıyam, lakin o, üzərinə düşən gözləntiləri doğrultmadı”, — deyə Ağ Evin rəhbəri qeyd edib.
Aytəkin TOFİQQIZI