AZ

Tokayev Qazaxıstanı yeni siyasi keçidə hazırlayır

Milli qurultayın illik iclasında çıxış edən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkədə aparılan genişmiqyaslı konstitusiya islahatının yeni təfərrüatlarını açıqlayıb...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, bu məqsədlə Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimovanın başçılığı ilə konstitusiya komissiyası yaradılacaq.

Qanunun 40-dan çox maddəsinə dəyişiklik etməyi planlaşdırır.

“Biz mahiyyətcə yeni Konstitusiyanın qəbulu ilə müqayisə oluna bilən addım atmaq niyyətindəyik”, Tokayev aydınlıq gətirib.

Bundan başqa, Qazaxıstan lideri ikipalatalı parlamentin birpalatalı parlamentlə əvəzlənməsini və vitse-prezident vəzifəsinin tətbiqini təklif edib.

Poliqon.info

Seçilən
93
poliqon.info

1Mənbələr