UEFA Çempionlar Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bukmeker kontorları görüşdə Bundesliqa klubunu üstün görüblər. Belə ki, Frankfurt təmsilçisinin qələbəsinə 2,18, “Qarabağ”ın qalibiyyətinə isə 3,29 əmsal təyin edilib.
Oyunun heç-heçə bitmə ehtimalı 3,94 kimi dəyərləndirilir.
“Qarabağ” – “Ayntraxt” matçı bu gün saat 21:45-də start götürəcək.