AZ

Güllələnərək öldürüldü

Fransada müəmmalı qətl hadisəsi baş verib. “Ayaçço”nun sabiq prezidenti Alen Orsoni qətlə yetirilib.

"Football-plus.az" xəbər verir ki, qəribədi ki, o, anasının dəfn mərasimi zamanı güllələnib. Hadisə yanvarın 12-də Korsikanın Viro kommunasında baş verib. Orsoni aldığı ciddi xəsarətlər nəticəsində dünyasını dəyişib. Onu güllələyən şəxsin kimliyi hələlik məlum deyil.

Orsoni 71 yaşında idi. O, “Ayaçço”nun prezidenti vəzifəsini 2008-15-ci illərdə icra edib.

Seçilən
49
football-plus.az

1Mənbələr