AZ

Antoniu Quterriş İsraili qınayıb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki,bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib. “Baş katib UNRWA-ya qarşı İsrailin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi və Birləşmiş Millətlər Təşkilatının İmtiyazları və İmmunitetləri Konvensiyasından irəli gələn aydın öhdəliklərinə zidd olan eskalasiya hərəkətlərini tamamilə qəbuledilməz sayır”, - Fərhan Hak deyib. Onun sözlərinə görə, Antoniu Quterriş İsrail hökumətini kompleksin sökülməsi prosesini dayandırmağa, həmçinin onu bərpa etməyə və BMT-nin nəzarətinə qaytarmağa çağırır.

Bndan əvvəl İsrailin “Kan” dövlət televiziyası İsrail hakimiyyətinin Qüdsdə əvvəllər UNRWA ofisinin yerləşdiyi binanı sökməyə başladığı barədə məlumat yayıb. İsrail Şərqi Qüdsü öz ərazisi kimi tanıyır, ona görə də agentliyin yəhudi dövlətinin ərazisində fəaliyyətini qadağan edən qanuna uyğun olaraq, ölkənin quru idarəsi təşkilatın baş qərargahının yerləşdiyi təxminən 4,6 hektar ərazini zəbt etdiyini açıqlayıb.

UNRWA-nın rəhbəri Filipp Lazzarini qərargahın sökülməsi qərarını pisləyərək, bunu “beynəlxalq hüquqa açıq və bilərəkdən etinasızlığın yeni səviyyəsi” adlandırıb. Xatırladaq ki, keçən ilin oktyabr ayında BMT məhkəməsi İsrailə fələstinlilərin əsas ehtiyaclarını ödəməyi tapşırmışdı. Məhkəmə İsrailin bu sahədə öhdəliklərinin Dördüncü Cenevrə Konvensiyasının 59-cu maddəsində təsbit olunduğunu bildirib. Məsləhətçi rəy İsrailin Fələstin ərazilərində beynəlxalq təşkilatların mövcudluğu ilə bağlı öhdəliklərini araşdıran görüşlərdən sonra hazırlanıb. İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon, öz növbəsində, 2025-ci il oktyabrın 22-də BMT məhkəməsinin İsraili Fələstin əhalisinin əsas ehtiyaclarının təminatına və humanitar təşkilatlarla əməkdaşlığa məcbur edən məsləhət qərarını biabırçılıq adlandırıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
azvision.az

1Mənbələr