AZ

Trampdan İrana sərt mesaj - “Bütün ölkə hədəf olacaq”

“İran mənə qarşı hər hansı sui-qəsd və ya real təhlükə yaratmağa cəhd edərsə, ABŞ-nin cavabı son dərəcə sərt olacaq”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti DonaldTramp “News Nation” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, belə bir halda İranın bütün ölkə olaraq hədəf alınması üçün artıq çox güclü əmrlər verilib.

“Əgər ən kiçik bir hadisə belə baş verərsə, onların ölkəsi partlayacaq. Mən bunun üçün artıq çox güclü göstərişlər vermişəm”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri ABŞ-nin keçmiş Prezidenti Co Baydeni də tənqid edərək qeyd edib ki, Bayden administrasiyası İranın təhdidlərinə qarşı kifayət qədər qətiyyət nümayiş etdirməyib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr