AZ

ÇL: “Sportinq” PSJ-nin 12 illik seriyasını bitirdi

Lissabonun "Sportinq" komandası UEFA Çempionlar Liqasının ümumi mərhələsinin VII turunda sensasiyaya imza atıb.

Apasport.az xəbər verir ki, Portuqaliya çempionu doğma meydanda PSJ-ni 2:1 hesabı ilə məğlub edib. “Şirlər”in heyətində Luis Suares 74-cü və 90-cı dəqiqələrdə fərqlənərək qələbənin memarı olub. Paris təmsilçisinin yeganə qolunu isə 79-cu dəqiqədə Xviça Kvaratsxeliya vurub.

“Opta”nın məlumatına görə, bu nəticə PSJ üçün tarixi məğlubiyyət kimi qeydə alınıb. Belə ki, Fransa klubu 2013-cü ilin dekabrından bəri ilk dəfə Avropanın TOP-5 liqasına daxil olmayan bir komandaya Çempionlar Liqasında uduzub. Həmin vaxt parislilər digər Portuqaliya təmsilçisi "Benfika"ya eyni hesabla (1:2) məğlub olmuşdular.

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqasındakı 32 oyunluq məğlubiyyətsiz seriyası bu görüşlə başa çatıb. Son turun öncəsində həm “Sportinq”, həm də PSJ 13 xalla turnir cədvəlində eyni göstəriciyə malikdir.

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bilindi

Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb

KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB

Madrid derbisində "Barsa"nın rəqibi bəlli olacaq - YENİLƏNİR

Afrika Millətlər Kuboku: 1/4 final cütləri

Seçilən
133
1
apasport.az

2Mənbələr