AZ

Çempionlar Liqası: “Qarabağ” bu gün “Ayntraxt”la qarşılaşacaq

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində yeddinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, “Qarabağ” hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt klubu isə 4 xalla 33-cü yerdədir.

Seçilən
40
1
azertag.az

2Mənbələr