AZ

Tramp: İran məni öldürsə...

ABŞ Prezidenti İranın ona sui-qəsd cəhdi ediləcəyi təqdirdə qisas alacağı ilə hədələyib.

"Yeni Sabah" NewsNation-a istinadla xəbər verir ki, o belə bir halda "onları Yer üzündən silmək üçün çox aydın təlimatlar ver"diyini deyib.

"Əgər bir şey baş verərsə, bütün ölkə partladılacaq. Mən mütləq onlara sərt zərbə endirərdim. Çox aydın təlimatlarım var", - deyə Amerika lideri qeyd edib.

Bir müddət əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general Əbülfəzl Şəkərçi Tehranın Trampın təhdidlərinə o qədər də əhəmiyyət vermədiyini və Amerikanın İran rəhbərliyinə qarşı hər hansı bir hərbi əməliyyatının cavabsız qalmayacağını bildirib.

General Şəkərçi ABŞ-ın İran rəhbərliyinə qarşı hər hansı bir hərbi əməliyyatı halında "sarsıdıcı cavab tədbirləri" ilə bağlı xəbərdarlıq edib.

Şənbə günü Tramp "Politico"ya bildirib ki, "İranda yeni lider axtarmağın vaxtıdır".


Telegram kanalımız
Seçilən
63
yenisabah.az

1Mənbələr