AZ

Azərbaycanda çoxnikahlılıq qəbul ediləcək? - RƏSMİ

Bakı. Trend:

Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipininAzərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılanpolemikalar ciddi narahatlıq doğurur. Bu cür yanaşmalar zahirənictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə AzərbaycanRespublikasının ailə siyasətinin təməlini təşkil edən fundamentalhüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığınnormallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiriTaliyə İbrahimova məlumat verib.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qətişəkildə bildirir ki, “bir nikah prinsipi” AzərbaycanRespublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətinailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır. Bunormanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqidövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutununmahiyyətinin deformasiyasına xidmət edir.

Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimaisabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımındanstrateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.

Yadda saxlamaq lazımdır ki, "bir nikah prinsipi"nin sorğulanmasıqadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onlarınailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiçoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasınaşərait yaradan yanaşmaları yolverilməz hesab edir. Mediasubyektləri və sosial media platformaları ailə siyasəti ilə bağlıməsələlərdə daha məsuliyyətli mövqe tutmalı və cəmiyyət üçüntəhlükəli diskurslara meydan açan müzakirələrə yolverməməlidirlər.

Dövlət Komitəsi bir daha bəyan edir ki, qadın və kişilərin hüquqbərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü kimiümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Ailəsinin təməlprinsiplərinin hər hansı formada sorğulanması qəbuledilməzdir vədövlətin ailə siyasətinə ziddir".

Seçilən
150
6
az.trend.az

7Mənbələr