Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı mübarizəni davam etdirmək üçün davamlı müdafiə dəstəyinə ehtiyac olduğunu bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə videomüraciət yayıb.
O, münaqişə zonalarındakı ümumi vəziyyət, bərpa prosesi və lazımi resursların səfərbər edilməsi ilə bağlı rəsmilərlə xüsusi koordinasiya görüşü keçirdiyini vurğulayıb.
Zelenski ABŞ və Avropadakı həmkarları ilə bir çox məsələlər, xüsusən də Ukraynaya dəstək paketləri ilə bağlı əlaqələrini davam etdirdiklərini və müdafiə dəstəyinin davamlı olmasına ehtiyac duyduqlarını bildirib:
"Hava hücumundan müdafiə raketlərinə, silahlara hər gün ehtiyac var. Davos formatı bunu, yəni Ukraynanın ehtiyac duyduğu real nəticələri təmin edərsə, Ukrayna orada təmsil olunacaq. Heç kimin boş siyasətə və ya nəticə verməyən çıxışlara ehtiyacı yoxdur".