AZ

Tramp: “NATO-nu dolandırmaq fikrində deyilik”

AzVision.az “Reuters” agentliyinə sitinadən xəbər verir ki, Ağ Evin rəhbəri Birləşmiş Ştatların uzun müddətdir Şimali Atlantika Alyansı daxilində ədalətsiz maliyyə yükü daşıdığını diqqətə çatdırıb.

Donald Trampın sözlərinə görə, onun özü şəxsənNATO üçün hamıdan çox iş görüb. Amerika lideri birinci və ikinci prezidentliyi dövründə blokun müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini iddia edib.

ABŞ prezidenti, eyni zamanda, avropalı müttəfiqlərin etibarlılığına şübhə ilə yanaşdığını bildirib.

“NATO ilə bağlı ən böyük qorxum odur ki, biz alyansa çoxlu pul xərcləyirik və onların köməyinə gələcəyimizi bilirəm, lakin onların bizim köməyimizə gələcəyinə həqiqətən şübhə edirəm”,- Donald Tramp deyib.

Bloka üzv ölkələrin maliyyə öhdəliklərinin kökündən yenidən qurulmasının zəruriliyinə eyham vuran Amerika lideri NATO-nun ABŞ ilə“ədalətli davranmalı”olduğunu söyləyib.

Qeyd edək ki, Donald Trampın sərt ritorikası NATO-nun əsas üzvlərindən biri olan Danimarka ilə diplomatik münaqişənin kəskinləşməsi fonunda səslənir. Onun milli təhlükəsizlik prioriteti adlandırdığı Qrenlandiya üzərində ABŞ-nin nəzarətini bərqərar etmək ambisiyaları Kopenhagen və digər Avropa paytaxtlarında kəskin reaksiyaya səbəb olub.

Bu arada, bir neçə yüksək vəzifəli amerikalı məmurlara istinad edən “The Washington Post (WP)” nəşri ABŞ-nin NATO-nun bir sıra məsləhət qruplarında iştirakını azaltmağı planlaşdırdığını yazıb.

- Gözlənilən dəyişikliklər təqribən 200 hərbi qulluqçuya təsir edəcək və ilk növbədə Alyansın qüvvələrini müharibənin müxtəlif aspektlərini öyrədən 30 NATO Mükəmməllik Mərkəzində ABŞ-nin iştirakını azaldacaq. Bu qurumlardan birdəfəlik çıxmaq əvəzinə, Pentaqon kadrların ezamiyyəti başa çatdıqdan sonra sadəcə onları dəyişdirməməyi planlaşdırır ki, bu proses də illər çəkə bilər”,- adlarının çakilməsini istəməyən mənbələr qəzetə deyiblər.


Bununla belə, ABŞ-nin sözügedən mərkəzlərin işində iştirakı tamamilə dayandırılmayacaq. İxtisarlar xüsusilə Alyansın enerji təhlükəsizliyi və dəniz əməliyyatları ilə məşğul olan məsləhət orqanlarına təsir edəcək.

ABŞ, həmçinin xüsusi əməliyyatlar və kəşfiyyatla bağlı NATO-nun rəsmi strukturlarında iştirakını azaldacaq, Amerikanın bəzi funksiyaları alyans daxilində yenidən bölüşdürüləcək və bu, nəticələrin miqyasını məhdudlaşdıracaq.

İki amerikalı məmurun sözlərinə görə, qərar aylardır ki, nəzərdən keçirilirdi və bunun Trampın Qrenlandiyanı tutmaqla bağlı artan təhdidləri ilə əlaqəsi yoxdur.
NATO-nun təmsilçisi, öz növbəsində,“ABŞ-nin hərbi mövcudluğuna və şəxsi heyət qərarlarına düzəlişlərin qeyri-adi olmadığını”vurğulayaraq,qüvvələrin ümumi yerləşdirilməsi ilə bağlı alyansın Vaşinqtonla“sıx təmasda”olduğunu söyləyib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
6
1
azvision.az

2Mənbələr