Alimlər beynin saat 14:06-da söndüyünü sübut ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Alimlər gün ərzində insan beyninin fəaliyyətinin ən aşağı düşdüyü dəqiq vaxtı müəyyən ediblər. Tədqiqatçılar sübut ediblər ki, saat 14:06-da beyin sanki “sönür”.
Məlum olub ki, məhz bu vaxtda insanın zehni qabiliyyəti zəifləyir və o, hətta ən sadə tapşırıqların belə öhdəsindən gəlməkdə çətinlik çəkir.
Saat 14:06-da enerjinin kəskin azalması başlayır və insanlarda o qədər halsızlıq yaranır ki, onların divandan qalxmağa belə gücü çatmır.
Xuraman Etibarlı
İnterpress.az