AZ

Trampdan İrana sərt xəbərdarlıq: “Bütün ölkə havaya uçacaq”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Prezidenti Donald Tramp İranın özünə qarşı “sui-qəsd təhdidlərini” həyata keçirməyə cəhd edəcəyi təqdirdə onların “yer üzündən silinməsi” üçün çox dəqiq və sərt göstərişlər verdiyini açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp ikinci dəfə prezident seçilməsinin birinci ildönümündə “News Nation” kanalına verdiyi müsahibədə ABŞ-nin daxili və xarici gündəmi ilə bağlı fikirlərini bölüşüb. İranın özünə qarşı sui-qəsd təhdidlərini reallaşdırma ehtimalını dəyərləndirən Tramp deyib: 

“Əgər hər hansı bir şey baş verərsə, bütün ölkə havaya uçacaq. Onları qətiyyən və çox sərt şəkildə vuracağam”. 

Bu mövzuda olduqca dəqiq göstərişlər verdiyini vurğulayan Tramp “Əgər bir şey baş verərsə, onları yer üzündən siləcəklər”, – deyə bildirib. Tramp İranın ona yönəltdiyi sui-qəsd təhdidlərinə görə keçmiş prezident Co Baydeni də kifayət qədər cavab verməməkdə günahlandırıb. 

Eyni zamanda, Tramp miqrantlara qarşı aparılan əməliyyatlar səbəbindən etirazların yaşandığı Minnesota ştatında tətbiq oluna biləcəyini dediyi Üsyan Qanunu ilə bağlı da açıqlamalar verib. Hazırda bu qanuna ehtiyac olmadığını bildirən Tramp, “Lazım gələrsə, dərhal tətbiq edəcəyəm”, – deyə qeyd edib. 

Tramp əlavə edib ki, bu qanunun qüvvəyə minməsi məhkəmə sistemini kənardan keçməyə imkan verəcək və “həyatı xeyli asanlaşdıracaq”. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
1
cebheinfo.az

2Mənbələr