AZ

Kataloniyada yenidən qatar qəzası olub

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir həftə ərzində İspaniyada ikinci dəmir yolu qəzası baş verib.

Reyting.az bildirir ki, bu barədə yerli “RTVE” telekanalı məlumat yayıb.

Məlumata görə, İspaniyanın Kataloniya muxtariyyətində qatar qəzası nəticəsində azı bir nəfər ölüb.

Regional səlahiyyətlilər bildiriblər ki, sərnişin qatarı Gelida və Sant Sadurni d'Anoia şəhərləri arasında relslərə düşən istinad divarı ilə toqquşub. Nəticədə 1 sərnişin ölüb, ən azı 15 nəfər xəsarət alıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
reyting.az

1Mənbələr