AZ

Tramp İranı "yer üzündən silməklə" hədələdi

ABŞ prezidenti Donald Tramp İranın ona qarşı sui-qəsd təhdidlərini həyata keçirməyə çalışacağı təqdirdə ABŞ-a "onları yer üzündən silmək" üçün "çox qəti təlimatlar" verdiyini bildirib.

QHT.az xəbər verir ki, Tramp NewsNation- a verdiyi müsahibədə bildirib ki, İran təhdidlərini yerinə yetirərsə, ABŞ bütün ölkəyə qarşı qisas alacaq.

Tramp bildirib ki, "Əgər bu baş verərsə, bütün ölkə tüstüyə qərq olacaq".

O, keçmiş prezident Co Baydeni "prezidentliyi dövründə İrandan gələn təhdidlərə" daha sərt reaksiya vermədiyinə görə tənqid etdi.

"Prezident prezidenti qorumalıdır", - deyən Tramp əlavə edib ki, təhdidlər "prezidentdən başqasına" yönəlsə belə, qətiyyətlə cavab verəcək.

 

R.İmanov

Seçilən
59
qht.az

1Mənbələr